Danışıqların yeni raundu yaxın vaxtlarda Moskvada olacaq

danisiqlarin-yeni-raundu-yaxin-vaxtlarda-moskvada-olacaq
Oxunma sayı: 981

“Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki “narahatedici elementlərin” aradan qaldırılması ilə bağlı məsləhətləşmələri İstanbuldan paytaxtlarına köçürmək barədə ilkin qərar qəbul ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev deyib.

Diplomatın sözlərinə görə, nümayəndə heyətləri arasında danışıqların yeni raundu çox yaxın vaxtlarda Moskvada baş tutacaq.

Səfir vurğulayıb ki, Rusiya-Amerika münasibətlərinin “bərpası” hələ çox uzaqdadır və proses ləngiyir.