Daşkənd Texniki Universitetinin rektoru ADNSU-da - Fotolar

daskend-texniki-universitetinin-rektoru-adnsu-da
Oxunma sayı: 860

Noyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin rektoru, professor Sədrəddin Turbacanov və Daşkənd Kimya-Texnologiya İnstitutunun direktoru Qaffar  Rəhmanberdiyev ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanla Özbəkistan arasındakı təhsil əlaqələrindən danışan rektor M.Babanlı qonaqlara universitet haqqında ətraflı məlumat verib. ADNSU-da həyata keçirilən islahatlardan, ikili proqramlar və həmçinin beynəlxalq əlaqələrdən söz açan rektor Özbəkistan universitetləri ilə tələbə mübadiləsi və ikili diplomlar üzrə yeni layihələrdə maraqlı olduğunu bildirib.

Rektor S.Turbacanov ADNSU-nun tədrisdəki təcrübəsindən faydalanmaq və birgə tələbə mübadiləsi aparmaq üçün əməkdaşlığın onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daşkənd Kimya-texnologiya İnstitutunun direktoru Q.Rəhmanberdiyev Elmi-texniki istiqamətlə yanaşı 2-ci ali təhsil üzrə də ADNSU ilə birgə yeni proqramların hazırlanmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanması üçün razılığa gəlinib. Sonda qonaqlar M.Babanlıya xatirə hədiyyəsi təqdim ediblər.