Dəməşqdə güclü partlayış olub

demesqde-guclu-partlayis-olub
Oxunma sayı: 1294

Suriyanın paytaxtı Dəməşqin cənub-qərbindəki El-Mezza bölgəsində güclü partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sham TV” məlumat yayıb.

İlkin məlumatlara görə, jurnalistə məxsus avtomobil partladılıb. Hazırda ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Ölənlər və yaralananlar barədə hələlik məlumat verilmir.