Demet 80 minlik geyimi ilə gündəmdə - Fotolar

demet-80-minlik-geyimi-ile-gundemde
Oxunma sayı: 2570

Türkiyənin pop ulduzu Demet Akalın geyimi ilə yenidən gündəmə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, o, dünən həyat yoldaşı Okan Kurtla komediya aktyoru Cem Yılmazın stəndap şousundan çıxarkən görüntülənib.

Kameralara poza verən sənətçi geyim tərzi ilə diqqət çəkib. Sənətçi çanta (9300 TL), kombinezon (10 min 100 lirə), bot (7 min 400) və üst geyimdən (53 min 800) ibarət obrazını yaratmaq üçün “Fendi” brendinə müraciət edib.

Akalın bunun üçün ümumilikdə 80 min 600 TL pul xərcləyib.