“Depressiyaya düşməməli və təslim olmamalıyam” - Musa Qurbanlı

depressiyaya-dusmemeli-ve-teslim-olmamaliyam
Oxunma sayı: 2549

“Birinci hissədən sonra əvəzlənməyimdən məyus oldum?  Normal qarşılayıram. Bu futboldur və bəzən belə olur. Bu, baş məşqçinin qərarı idi. Əlbəttə, mən həmişə daha çox oynamaq istəyirəm, amma məyus deyiləm. Ən vacibi 3 xal və komandanın qələbəsidir. Qalib gəlmişiksə, sevinməliyik”.

“Qafqazinfo” “aftonbladet.se”yə istinadən xəbər verir ki, bu sözləri “Yurqorden”də çıxış edən Azərbaycan millisinin üzvü Musa Qurbanlı İsveç çempionatının 28-ci turunda “Brommapoykarna”ya 2:1 hesablı qələbəni şərh edərkən deyib.

O, daha sonra bildirib: “Mən hücumçuyam. Azarkeşlər qolla yaşayır və nəfəs alırlar. Ona görə də qol vurmayanda bəzən çətin olur. Mən həmişə çox qol vurmağa meyillənirəm, amma gəncəm və başa düşürəm ki, hələ vaxtım var. Sadəcə işləməyə davam etməliyəm. Depressiyaya düşməməli və təslim olmamalıyam. Sadəcə, komandaya uyğunlaşmağa çalışıram. Düşünürəm ki, bu, nəticə verəcək. İnsan mübarizə aparmağa davam edirsə, yekunda istədiyinə nail olur”.

Qeyd edək ki, “Yurqorden” hazırda 50 xalla 4-cü pillədə qərarlaşıb. 

Əlavə edək ki, M.Qurbanlı İsveç təmsilçisi ilə meydana çıxdığı 15 matçda 3 qol vurub, 1 qolun ötürməsini verib.