Deputat iclasa uşaq gəlinliyi və bəylik kostyumu ilə gəldi - TBMM-də qalmaqal

deputat-iclasa-usaq-gelinliyi-ve-beylik-kostyumu-ile-geldi
Oxunma sayı: 5849

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında maraqlı hadisə baş verib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, CHP-li millət vəkili Qəmzə Akkuş İlgezdi “qurbanla evlənəcəyi halda təcavüzkarların cəzadan azad edilməsi”ni nəzərdə tutan qanun layihəsinə uşaq gəlinliyi və bəylik kostyumu ilə etiraz edib.

Deputat gəlinlik və kostyumla kürsüyə çıxmaq istəyib. Lakin TBMM-in vitse-spikeri Əhməd Aydın isə bildirib ki, bu cür hərəkətə icazə verilməyəcək və onun qərarına əsasən, gəlinlik və kostyum Q. Akkuşun əlindən alınıb.

Xatırladaq ki, Baş nazir Binəli Yıldırım bu gün açıqlama verərək bildirib ki, Türkiyədə səs-küyə səbəb olan “qurbanla evlənəcəyi halda təcavüzkarların cəzadan azad edilməsi”ni nəzərdə tutan qanun layihəsi geri götürülüb.

Nazirin sözlərinə görə, bütün təkliflərin nəzərə alınması və problemin həll yolunun tapılması məqsədilə layihə komissiyaya geri qaytarılıb.

B.Yıldırım onu da əlavə edib ki, xalq bu qanunu təcavüz edən şəxslərin əfvi kimi başa düşsə də, əslində məqsəd ölkədəki təcavüz problemini aradan qaldırmaq olub.