Milli Məclisin deputatı Heydər Əsədov Şirvan Şəhər İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, millət vəkili ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, nailiyyətlər, eləcə də beynəlxalq münasibətlər sistemində ölkəmizin yeri barədə geniş məruzə ilə çıxış edib.
Bundan sonra isə parlamentari vətəndaş qəbulu keçirib. Qəbul zamanı deputat müxtəlif əhali qrupundan olan vətəndaşların müraciətlərini dinləyib, onları narahat edən problemlər və təkliflərlə tanış olub.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən məşğulluq, sosial müdafiə, kommunal, kreditlərin ödənilməsi və s. ilə bağlı olub.
Görüş zamanı vətəndaşların, xüsusilə də şəhid və qazi ailələrinin qaldırdığı məsələlərin bir qismi yerindəcə həll edilib, maddi yardımlar və köməkliklər göstərilib.
Həlli tələb edilən məsələlər isə aidiyyəti qurumlarla müzakirə üçün qeydiyyata alınıb.
Qəbuldan sonra isə millət vəkili bir neçə şəhid ailəsini ziyarət edib, onların sosial və digər qayğıları ilə maraqlanıb, həmçinin ehtiyaclarının ödənilməsi üçün müvafiq yardımlar edib.
Daha sonra isə vətəndaşların müraciəti əsasında və millət vəkilinin köməyi ilə təmir edilmiş mərasim evinə, eləcə də yeni tikilmiş söhbətgaha baxış keçirilib.
Deputatın vətəndaş qəbulları davam etdiriləcək.











Son xəbərlər
Son Xəbərlər