Rusiya Dövlət Dumasının millət vəkili Aleksandr Terentyevin 3 mərtəbəli villasında oğurluq hadisəsi baş verib.
“Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, oğrular içərisində 120 min rubl və sənədlərdən ibarət seyfi, eləcə də deputatın xanımı Olqa Tretyevanın “Hermes” brendindən olan 1 milyon rubl dəyərindəki “Birkin” çantasını da oğurlayıblar. Bu barədə millət vəkilinin həyat yoldaşı polisə şikayətində bildirib.
Qeyd olunur ki, hadisə baş verən zaman deputat və ailə üzvləri yatıblar.



Son xəbərlər
Son Xəbərlər