Deputatlığa namizəd Hümbət Hüseynov şəhid ailələri ilə görüşdü

deputatliga-namized-humbet-huseynov-sehid-aileleri-ile-gorusdu
Oxunma sayı: 3203

10 saylı Binəqədi 3-cü Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hümbət Hüseynovun şəhid ailələri ilə görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında baş tutub.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov, deputatlığa namizəd Hümbət Hüseynov, 10 saylı seçki dairəsində yaşayan şəhid ailələri və qazilər iştirak ediblər.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğurunda şəhid olmuş övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Deputatlığa namizəd Hümbət Hüseynov seçki platformasından danışaraq seçiləcəyi halda seçicilərin problemlərinin Milli Məclisdə qaldıracağını və onların həllinə yardımçı olacağını xüsusi vurğulayıb.

Görüşdə Vətən müharibəsi şəhidlərinin valideynləri Nizami Hüseynov, Sahib Abbasov, Qüdrət Hüseynov, Natavan Qafarova və digərləri çıxış edərək Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəsdəklədiklərini, növbədənkənar parlament seçkilərində YAP-ın namizədi olan Hümbət Hüseynova səs verəcəklərini bildiriblər.