Böyük Britaniyanın sabiq Baş naziri Liz Trass “dərin dövlət”ə qarşı mübarizə aparmaq məqsədilə onlayn platformalarda özünün siyasi şou proqramını aparacağını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, keçmiş Baş nazir bu barədə sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə bildirib.
Liz Trass 2022-ci ildə Baş nazir vəzifəsindən uzaqlaşdırılmasına münasibət bildirərkən, bunu “dərin dövlət”in və ona dəstək verən medianın təzyiqi ilə əlaqələndirib:
“2022-ci ildə Böyük Britaniyanın Baş naziri vəzifəsindən uzaqlaşdırıldım. Ölkəmizi indi düşdüyümüz bu taleyüklü böhrandan çıxarmağa çalışırdım. Mən bazarlarda böhran yaratmaqda günahlandırıldım, halbuki bu, mənim günahım deyildi. “Dərin dövlət” və onun müttəfiqi olan media məni sındırmağa çalışdı, çünki mən uzun illər davam edən uğursuz idarəetməyə meydan oxudum. İndi mən qayıdıram”.
Qeyd edək ki, sabiq Baş nazirin siyasi şousu “The Liz Truss Show” adlanır. Proqramın ilk buraxılışı bu gün yayımlanacaq.
Son xəbərlər
Son Xəbərlər