Digahda vurulan piyada öldü

digahda-vurulan-piyada-oldu
Oxunma sayı: 1338

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 11-də saat 19 radələrində qeydə alınıb. 

Digah qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Ağababayev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakini Murad Rüstəmovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 12-də saat 22 radələrində orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.