DİN-dən aksiyayla bağlı rəsmi açıqlama- - 8 nəfər tutuldu

din-den-aksiyayla-bagli-resmi-aciqlama-
Oxunma sayı: 5471


“Qafqazinfo” xəbər verir ki, bunu vritualaz.org-a açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

“Paytaxtın mərkəzində ictimai asayişi qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyanın qarşısını alıblar. 8 nəfər saxlanılıb. Müvafiq araşdırmalar aparılır” - deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, bu gün günorta saatlarında bir qrup şəxs paytaxtın Nizami küçəsində (“Tarqovu”) aksiya keçirməyə cəhd edib. Aksiyanın səbəbi kimi manatın məzənnəsinin düşməsi ilə bağlı yaranan süni qiymət artımı göstərilir.