“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, gəlini Elnarə Nəcəfovanı və nəvəsi Emiliyanı qətlə yetirmiş Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynova tutulub.
Dekabrın 10-da Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynova Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşadığı bağ evində münaqişə zəminində gəlini Elnarə Nəcəfovanı daşla vurub, sonra onu və 6 aylıq nəvəsi Emiliyanı boğub.
Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Hüseynova tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər