DİN-in polkovniki qəza törətdi- - Yaralı var+Yenilənib

din-in-polkovniki-qeza-toretdi-
Oxunma sayı: 5472


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə martın 5-i saat 01:00 radələrində baş verib.

Balaxanı qəsəbəsi ərazisində DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərli idarə etdiyi Hundai markalı 10 AA 021 nömrəli xidməti avtomobillə piyada, qəsəbə sakini 1993-cü il təvəllüdlü Rasim Əliyevi vurub.

R.Əliyev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

***

Sabunçu rayon 3 saylı xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, R.Əliyev martın 5-də gecə saatlarında xəstəxanaya gətirilib: “Xəstəyə ağır kəllə beyin travması və beyin sirkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilmişdi”.

Şöbədən bildirilib ki, R.Əliyev elə həmin gün gecə saatlarında, xəstəxanaya daxil olduqdan bir neçə saat sonra oradan çıxarılıb və Baku Medical Plaza klinikasına köçürülüb”.

Klinikadan xəstənin həkimi Kamal Quliyev bildirib ki, R.Əliyev səhər saatlarında özünə gəlib: “Gəldiyi gün baş-beyin, qarın boşluğu, döş qəfəsinin komputer tomoqrafiyası olub. Sınıq yox idi, yüngül əziklər var idi. Ümumi olaraq vəziyyəti yaxşıdır”.

Məlumata görə, xəstə ikinci qrup əlildir.