Dodaqlarını büzərək Trampın xanımını parodiya etdi - Üzr istədi

dodaqlarini-buzerek-trampin-xanimini-parodiya-etdi
Oxunma sayı: 5581

21 yaşlı amerikalı model Cici Hadid noyabrın 21-də Amerika Musiqi Mükafatlarında (AMA) aparıcılıq edərkən ABŞ-ın yeni prezidenti Donald Trampın xanımı Melania Trampı parodiya edib. Onun bu hərəkəti isə tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb.

Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, C. Hadid bu gün Tvitter vasitəsilə birinci xanımdan üzr istəyib.

“Mənim üçün AMA-da aparıcı olmaq və bəzi mühüm müəlliflərlə işləmək böyük şərəf idi. Ssenaridə bəzi cümlələri çıxararaq redaktə edir, öz bədən dilimə uyğun danışırdım. Sizin şou zamanı gördüyünüz gülmək üçün edilib, kimisə incitmək üçün yox...Özüm belə tədbirdə gülmək obtekti oldum. Ümid edirəm ki, Melaniya şou-biznesi və yaradılan şouları başa düşür. Kimi incitmişəmsə, hər kəsdən üzr istəyirəm və biizm ölkəyə hər şeyin ən yaxşısını arzulayıram”.

Xatırladaq ki, amerikalı model AMA zamanı dodaqlarını büzərək Melaniya Trampı təqlid etməyə çalışıb. O, slavyan aksenti ilə mikrofonda güclü qışqıraraq “Mən həyat yoldaşım Barak Obamanı və uşaqlarımızı –Saşa və Maliyanı çox sevirəm” deyib.

Qeyd olunur ki, Hadid bu parodiyası ilə M. Trampın seçki kampaniyası zamanı Mişel Obamanın nitqini oğurlamağına söz atıb.