Dolları süni bahalaşdıran hansı banklardır? - Fotolar

dollari-suni-bahalasdiran-hansi-banklardir-
Oxunma sayı: 7538

Yanvarın 7-də Bakıda dolların rəsmi məzənnəsində fərq olmasa da, bir sıra bankların valyutadəyişmə məntəqələrində qiymətlər kəskin artıb.

“Qafqazinfo” Fins.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrində dolların məzənnəsi yanvarın 6-a nisbətən kəskin artıb. Belə ki, hazırda məntəqələrdə ABŞ dolları 1,6-1,63 manata alınır, 1,70-1,72 manata satılır. Dünən isə doların alış qiyməti 1,61 manat, satış qiyməti 1,64 manat idi.

Paralel olaraq avronun məzənnəsi də yüksəlib. İndi Avropa valyutasının alış qiyməti 1,72 manat, satış qiyməti 1,86 manat təşkil edir. Dünən isə avro 1,71 manata alınıb, 1,77 manata satılırdı.

Əvəzində valyutadəyişmə təntəqələrində rus rublu ucuzlaşıb. Hazırda 100 rubl 2 manat alınır, 2,2 manata satılır. Dünən isə 100 rubl 2,32 manata alınır, 2,45 manata satılırdı.