Dostunu bıçaqlayan 17 yaşlı oğlana hökm oxundu

dostunu-bicaqlayan-17-yasli-oglana-hokm-oxundu
Oxunma sayı: 895

Bakı Ağır Cinayətlər Məhkəməsində nisyə götürdüyü siqaretə, kontura görə dostunu bıçaqlamaqda təqsirləndirilən Mirəli Əhmədova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə 17 yaşlı M. Əhmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakıda eyni evdə kirayədə yaşayan Mirəli Əhmədov və dostu Şahmar Nəsirovun mübahisəsi 900 manat borca görə olub. M. Əhmədov məhlədə yerləşən marketdə Ş. Nəsirova zamin durub və Şahmar oradan 900 manatlıq nisyə kontur, siqaret, spirtli içki və digər ərzaq məhsulları alıb. Mirəli həmin pulu mağazaya ödəyib və sonra Şahmardan tələb edəndə dostu onu söyüb. Buna görə Mirəli Şahmara bıçaqla 2 zərbə vurub. 

Murad Əhməd