Dövlət qoruğunda narkotik üstündə ölümlə bitən dava- - 6 nəfər tutuldu

dovlet-qorugunda-narkotik-ustunde-olumle-biten-dava-
Oxunma sayı: 2148


“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bununla bağlı dərhal Qoruq əməkdaşlarının iştirakı ilə Balakən rayon Prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində müayinə və tədqiqatlar aparılıb, cəsəd və çətənə bitkiləri götürülüb.  

Aparılan istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 4 nəfər Gərəkli kənd sakini və 2 nəfər Bakı sakini həbs edilərək istintaqa cəlb olunub, onlardan 4 ədəd ov tüfəngi götürülüb.  

İlkin ehtimallara görə, hadisə Qoruq ərazisində qanunsuz narkotik xassəli çətənə bitkisi əkən kənd sakini ilə onu oğurlamağa gələn şəxslər arasında baş verib.

Hazırda hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən inzibati araşdırma aparılır.