Dövlət qurumlarından xanımlara sürpriz - Fotolar

dovlet-qurumlarindan-xanimlara-surpriz
Oxunma sayı: 6472

Azərbaycanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bəzi dövlət qurumları xanımları müxtəlif formada təbrik ediblər.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, qadınlara sürpriz edən dövlət qurumları arasında Bakı Metropoliteni, Azərbaycan Dəmir Yolları və həmçinin Bakı şəhər Dövlət Yol Polisi var.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Statistika Komitəsinin qarşısındakı dairədə dayanıb və həmin an ərazidən keçən qadın sürücülərə gül və müxtəlif hədiyyə kartları veriblər.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, 8 mart münasibəti ilə metronun bütün stansiyalarında təbrik lövhələri quraşdırılıb.

Azərbaycan Dəmir Yolları QSC də xanımları təbrik etməyi unutmayıb. Qurum tərəfindən qatarla səyahət edən xanım sərnişinlərə gül dəstələri verilib. Mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, aksiya səhər saatlarında Bakı Vağzalında Böyük Kəsik, Astara və digər istiqamətlərdə gələn xanım sərnişinlər üçün təşkil edilib.