Ərdoğandan Xocalı soyqırımı ilə bağlı paylaşım

erdogandan-xocali-soyqirimi-ile-bagli-paylasim
Oxunma sayı: 451

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə liderinin “X” hesabında paylaşım edilib. 

“Xocalı soyqırımının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı bacı-qardaşlarımızı rəhmətlə, hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Kədərini hər zaman qəlbimizin ən dərinliklərində hiss edəcəyimiz bu qeyri-insani qətliamı əsla unutmayacağıq”, - Ərdoğan qeyd edib.