DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - Foto

dtx-emekdaslari-xocali-soyqirimi-qurbanlarinin-xatiresini-andilar
Oxunma sayı: 1091

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.