“Dövlət rüsumu haqqında” qanun dəyişdirilir

dovlet-rusumu-haqqinda-qanun-deyisdirilir
Oxunma sayı: 3033

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi təklif edilir. 

“Qafqazinfo” xəbər verir ki, 4- cü maddəyə təklif edilən dəyişikliyə görə,bu qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 18 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.

4.1-1-ci bəndə təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan qurumlarda xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 43 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)  tabeliyində olan qurumlarda fəaliyyət göstərən digər dövlət orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

4.1-2-ə təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Həmçinin 33-5-ci maddəsinə uyğun olaraq mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Bu Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə, ödənilən dövlət rüsumunun 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına, qalan hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna köçürülür.

Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Günel Türksoy