DSMF sorğusuna cavab tapdı

dsmf-sorgusuna-cavab-tapdi
Oxunma sayı: 648

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, bu dəfəki sorğu zamanı respondentlərə “Sizcə, sığorta-pensiya sistemində həyata keçirilən islahatlar hansı istiqamətdə davam etdirilməlidir” sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin çoxu - 49,4 faizi bildirib ki, işəgötürənlərin sosial sığorta ödənişlərinin həyata keçirilməsinə marağının artırılmasına ehtiyac var. Respondentlərin 35,3 faizi hesab edir ki, kadrların peşəkarlıq səviyyəsi yüksəldilməlidir. Rəy bildirənlərin 15,3 faizi isə sistemdə informasiya kommunikasiya texnologiyalarının rolunun daha da artırılmasına zərurət olduğunu qeyd ediblər.
Respondentlərin böyük əksəriyyəti işəgötürənlərin sosial sığorta ödənişlərinin həyata keçirilməsinə marağının artırılmasına ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, DSMF özünün internet saytında ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək üçün bu tipli interaktiv sorğular keçirilməsini davam etdirir. Sorğuların keçirilməsində başlıca məqsəd əhalinin ölkədə keçirilən sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az iformasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirməkdir.