DSX Akademiyasının tələbəsi intihar etdi - Yenilənib

dsx-akademiyasinin-telebesi-intihar-etdi
Oxunma sayı: 5071

Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu intihar edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Hadisə noyabr ayının 17-də saat 21:00 radələrində qeydə alınıb. 

Telman Nəbiyev naməlum səbəbdən özünü asıb. 

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

***

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır.