DTX əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andılar - Video

dtx-emekdaslari-fexri-xiyabanda-heyder-eliyevin-xatiresini-andilar
Oxunma sayı: 1217

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

“Qafqazinfo” xəbər verir ki, dahi şəxsiyyət Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.