DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirdi

dtx-medeniyyet-nazirliyinde-emeliyyat-kecirdi
Oxunma sayı: 16294

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hazırda Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirir. 

“Qafqazinfo” xəbər verir ki, artıq bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb, saxlanılanlar var. Onlar arasında yüksək vəzifəli şəxslər, o cümlədən Təchizat və Əmlak Şöbəsinin müdiri də var.

***

Qeyd edək ki, İlkin Nəsibov 2020-ci ildə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə Texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

35 yaşlı İlkin Nəsibov 1987-ci ildə Goranboy rayonunda anadan olub. 2008-ci ildə İqtisad Universitetini bitirib. 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb.