Dubay şeyxi villasını alır, Bodruma köçəcək

dubay-seyxi-villasini-alir-bodruma-kocecek
Oxunma sayı: 3985

Türkiyənin məşhur müğənnisi Ajda Pekan İstanbuldan köçmək qərarına gəlib. “Qafqazinfo” xəbər verir ki, şəhərin səs-küylü olması sənətçini narahat edib və o, birdəfəlik Bodruma getməyi planlaşdırıb.

Hətta, Ajda 19 milyon TL (4 milyon 316 min 800 AZN) dəyərində ferma almaq niyyətindədir. Bununla bağlı danışıqlara başlayan sənətçi heyvanlara vaxt ayırmaq istədiyini bildirib.

“Daxilimdə heyvan sevgisi çoxdur. Onlarla vaxt keçirməyi çox sevirəm”,- deyə 74 yaşlı müğənni vurğulayıb.

Bundan əlavə o, uzun zamandır satışa çıxardığı İstanbuldakı evinə alıcı tapıb. Türkiyə KİV orqanları yazır ki, Pekkanın Bahçeköydəki villasını Dubay şeyxi almaq istəyir. Sözügedən evin qiyməti 10 milyon lirədir (2 milyon 272 min AZN).