Dubayda məşhur otel yandı - Yeni ili qarşılamağa hazırlaşırdılar +Video

dubayda-meshur-otel-yandi
Oxunma sayı: 10567

Dünyanın ən hündür binası olan "Bürc Xəlifə"nin yaxınlığında yerləşən “Address Downtown” otelində yanğın baş verib.

"Qafqazinfo" xəbər verir ki, yanğın 63 mərtəbəli otelin 20 mərtəbəsini əhatə edib.

Artıq bütün müştərilər oteldən çıxarılıb və yanğının qarşısını almaq üçün bütün qüvvələr səfərbər olunub.

Qeyd edək ki, Dubay sakinləri yeni ili qarşılamaq üçün ənənəvi olaraq otelin ətrafında bir araya gəlirmişlər. 

***

“Address Downtown” oteli, eyni zamanda ticarət mərkəzi kimi fəaliyyət göstərir.

***

Yanğında ölən və yaralılarla bağlı hələ ki, heç bir açıqlama verilməyib.