Dünən hərbi xidmətdən qayıtdı, bu gün dəm qazından öldü

dunen-herbi-xidmetden-qayitdi-bu-gun-dem-qazindan-oldu
Oxunma sayı: 9580

Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.

Faktla bağlı araşdırma aparılır.