Dünyaca tanınmış kikboksçu Bakıya döyüşə gəldi- - Fotolar+Video

dunyaca-taninmis-kikbokscu-bakiya-doyuse-geldi-
Oxunma sayı: 2752


“Qafqazinfo” xəbər verir ki, turnirdə iki komanda, Azərbacan və Türkiyə idmançıları iştirak edəcəklər. Hər bir ölkəni 10 kikboksçu təmsil edəcək. Yarışın idarə olunması üçün WAKO-dan (Dünya Kikboks Federasiyası) Serbiya, Xorvatiya və belarusiyalı  hakimlər briqadası dəvət olunub.  Dekabrın 20-də start götürəcək yarış Bakı Tennis Akademiyasında keçiriləcək. 

 Yarışı maraqlı edəcək məqamlaradn biri də Belarusiyada yaşayan əslən azərbaycanlı,  dünyaca tanınmış kikboksçu Çingiz Allazovun turnirdə iştirak etməsi ilə bağlıdır. Karyerasını Belarusiyada davam etdirən 21 yaşlı Çingiz indiyənə kimi 6 dəfə dünya çempionu  (Tay boks)və 3 dəfə Avropa çempionu adını qazanıb. Peşəkar karyerası ərzində 33 döyüş keçirən idmançı 31 görüşdə qalib olub. Bu döyüşlərin 23-də kikbokçu rəqiblərini nokauta salıb. Həvəskar yarışlarda 200 döyüş keçirən Çingiz 199 görüşü qələbə ilə başa vurub yalnız bir döyüdə məğlub olub. Ümumilikdə, aktivində  235 döyüş olan Çingiz Allazov 232 görüşü qalib başa vurub ki, bunların 197-də nokaut qeydə alınıb.

Sonda Çingiz Allazovun döyüşlərindən ibarət olan videonu təqdim edirik.

İqbal