Dünyada ikinci peyvənd vurulan Vilyam Şekspir öldü

dunyada-ikinci-peyvend-vurulan-vilyam-sekspir-oldu
Oxunma sayı: 4140

Böyük Britaniyada kütləvi peyvəndləmə başladıqdan sonra ikinci vaksin vurulan şəxs - Vilyam Şekspir dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb. Bildirilir ki, 81 yaşlı Vilyam xəstəxanada insultdan ölüb. Onun ölümünün koronavirusla əlaqəli olmadığı bildirilib.

Qeyd edək ki, Vilyam Şekspirə 2020-ci il dekabrın 8-də “Pfizer/BioNTech” vaksini vurulub.

Dünyada ilk peyvənd olunan şəxs isə Böyük Britaniyanın 91 yaşlı vətəndaşı Marqaret Kinandır.