Dünyada ilk dəfə 3D protez göz taxıldı

Dünyada ilk dəfə 3D protez göz taxıldı
Oxunma sayı: 2002

Londondakı “Moorfields” Göz Xəstəxanasında dünyada ilk dəfə xəstəyə 3D çap olunmuş göz protezi taxılıb.

“Qafqazinfo” “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, Stiv Varze adlı kişi dünyada 3D göz protezi taxılan ilk insan olub.

Bu barədə xəstəxana məlumat yayıb.

Bildirilir ki, 3D çap edilmiş gözün ənənəvi akril protez gözdən daha real olacağı gözlənilir.

Qeyd olunub ki, xəstələrin protezə uyğunlaşması üçün tələb olunan müddətin yarıya endirilməsi, altı həftədən üç həftəyə qədər azaldılması da nəzərdə tutulur.

Varze əməliyyatdan əvvəl 20 yaşından bəri protezə ehtiyacı olduğunu bildirib.

"Bu yeni göz əla görünür və 3D rəqəmsal çap texnologiyasına əsaslandığı üçün daha da yaxşı olacaq”, - Varze deyib.