Dünyada koronavirusla bağlı son vəziyyət

dunyada-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1132

Dünyada son bir gündə koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 589 677 hal qeydə alınıb, COVID-19-dan 11 127 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 162 773 940, ölüm hallarının sayı 3 375 573 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 605 236 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (24 965 463) və Braziliya (15 586 534) gəlir.