Dünyanın ən varlı qadını o oldu

dunyanin-en-varli-qadini-o-oldu
Oxunma sayı: 4159

“Bloomberg” dünyanın ən varlı qadınlarının adlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ilk pillədə “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dayanır. Cütlük 2019-cu ildə boşandıqdan sonra Skott “Amazon” şirkətinin dəyəri 38 milyard dollar olan 4%-lik payını alıb. Makkenzi Skottun sərvəti bununla da 68 milyard dollara çatıb. O, dünyanın ən varlı insanları siyahısında isə 12-ci yeri tutur.

Reytinq cədvəlinin ikinci sırasında “L'Oreal” parfümeriya və kosmetika brendinin sahibi Fransuaza Bettankur-Mayers qərarlaşıb. Onun ümumi sərvəti 66,8 milyard dollar dəyərləndirilir.