Düşmənin hərbi kolonu pusquya salınaraq məhv edildi

dusmenin-herbi-kolonu-pusquya-salinaraq-mehv-edildi
Oxunma sayı: 7919

Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.