Bakıda “Yol hərəkəti təhlükəsizliyi uşaqların gözü ilə” adlı tədbir keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev çıxışında yollarda uşaq ölümlərinə və xəsarətlərinə son qoymaq üçün hamılıqla uşaqlara erkən yaşda yol hərəkəti qaydalarının öyrədilməsinin vacibliyini vurğulayıb.
Baş DYP İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev isə uşaq travmatizminin əsas səbəbləri sırasında yol qəzalarının gəldiyini vurğulayıb. O qeyd edib ki, dünya üzrə 14-25 yaşlı təbəqə arasında ölüm faktının böyük qismini yol-nəqliyyat hadisələri təşkil edir. Tədbirin sonunda rəsm müsabiqəsində fərqlənən dərnək rəhbərləri mükafatlandırılıb.
Xeyriyyə məqsədilə keçirilmiş satış sərgisində toplanmış vəsait tədbirə qatılan uşaqların istəyi ilə qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkən uşaqlara yardım məqsədilə ianə edilib.
Qeyd edək ki, tədbirdə deputatlar, ziyalılar, ekspertlər, müəllim və şagirdlər də iştirak edib.



Son xəbərlər
Son Xəbərlər