Yaponiya hökuməti Qəzza zolağında atəşkəsin monitorinqi üçün ABŞ-nin təşəbbüsü ilə yaradılmış koordinasiya mərkəzində işləmək üçün mülki mütəxəssislər göndərməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Asahi” qəzeti məlumat yayıb.
Nəşrin Yaponiya hökumətindəki mənbələrinə görə, mərkəzin fəaliyyətində yalnız humanitar sahədə iştirak gözlənilir. Yaponiya komandası beynəlxalq humanitar təşkilatlar və QHT-lərdə çalışan, xüsusilə infrastrukturun bərpası üzrə ixtisaslaşmış regional mütəxəssislərdən ibarət olacaq.
Atəşkəsdən sonra İsrailin cənubunda, Qəzza sərhədinin yaxınlığında mülki-hərbi koordinasiya mərkəzi yaradılıb. Mərkəz, kəşfiyyat dronları və beynəlxalq təşkilatlar daxil olmaqla müxtəlif mənbələrdən Qəzzadakı vəziyyətlə bağlı real vaxt rejimində məlumat toplayacaq. ABŞ-nin rəhbərlik etdiyi mərkəzdə 40-dan çox ölkə və təşkilatın nümayəndələrinin iştirak edəcəyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər