Səsləri onların qızı elan edəcək - Foto

sesleri-onlarin-qizi-elan-edecek
Oxunma sayı: 1556

“Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində Azərbaycan adından xalları Leyla Adıgözəlzadə elan edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda yarışmanın ölkəmizdəki lisenziyalı yayımçısı İTV məlumat paylaşıb.

Qeyd edək ki, Leyla Adıgözəlzadə “Avroviziya–2009” mahnı müsabiqəsinin üçüncüsü Aysel Teymurzadə və xalq artisti Murad Adıgözəlzadənin qızıdır.

Müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək.