Məşhur güləşçi karyerasını yekunlaşdırdı

meshur-gulesci-karyerasini-yekunlasdirdi
Oxunma sayı: 1032

48 yaşlı amerikalı güləşçi və kino aktyoru Con Sina “World Wrestling Entertainment” (WWE) üçün son görüşündə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, o, Vaşinqtonda keçirilən turnirdə son qarşılaşmasını başa vurub.

Döyüşdən sonra Sina tamaşaçılarla vidalaşıb və karyerasını bitirməsinin əlaməti olaraq ayaqqabılarını rinqdə qoyub.

Qeyd edək ki, Sina 1998-ci ildə restlinq karyerasına başlayıb və 2002-ci ildə WWE çərçivəsində televiziya debütünü edib. Karyerası ərzində o, 17 titulla rekord qırıb.