Əfqanıstanda yenə güclü zəlzələ oldu

efqanistanda-yene-guclu-zelzele-oldu
Oxunma sayı: 1690

Əfqanıstanın şərqindəki Hindukuş dağlarında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 46 km şimal-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, sentyabrın 1-nə keçən gecə də Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakətin episentri Cəlalabad şəhərindən təxminən 27,3 km aralıda, Pakistanla sərhəddə yerləşib.