Əfran İsmayılov bu klubla danışıqlar aparır

efran-ismayilov-bu-klubla-danisiqlar-aparir
Oxunma sayı: 2701

Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılovun yeni klubu müəyyənləşmək üzrədir.

“Qafqazinfo” xəbər verir ki, o, yeni mövsümdə Premyer Liqada çıxış edəcək “Kəpəz”lə danışıqlar aparır.

Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçinin son klubu “Səbail” olub.