“Əgər siz bu videoya baxırsınızsa, demək, mən artıq ölmüşəm” - Video

eger-siz-bu-videoya-baxirsinizsa-demek-men-artiq-olmusem
Oxunma sayı: 13037

Tanınmış rusiyalı həkim, Piroqov adına klinikanın cərrah-onkoloqu Andrey Pavlenko 41 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə onun həyat yoldaşı Anna Qeqeçkori sosial şəbəkədə məlumat verib.

“Bu gün - yanvarın 5-də saat 08:20-də Andrey dünyasını dəyişdi”, - Qeqeçkori Feysbukda yazıb. Onun sözlərinə görə, A. Pavlenko ömrünün son günlərini həyat yoldaşı və üç övladının əhatəsində keçirib. Pavleno iki ilə yaxın idi ki, mədə xərçəngi ilə mübarizə aparırdı.

Həkimin ölümündən əvvəl çəkdiyi vida müraciətində isə “Əgər siz bu videoya baxırsınızsa, demək, mən artıq ölmüşəm” cümləsi izləyiciləri göz yaşına boğub. A. Pavlenko xəstəliyi ilə mübarizə apardığı müddət ərzində ona dəstək olan hər kəsə dərin minnətdarlığını bildirib. Bundan əlavə, o, dostları ilə bərabər yaratdığı Qrantın bundan sonra onkoloji xəstəliklərlə bağlı media layihələrini maliyyələşdirəcəyini deyib.