Eldar Həsənovun 11 il həbsi tələb olundu

Eldar Həsənovun 11 il həbsi tələb olundu
Oxunma sayı: 3271

Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

"Qafqazinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

İttihama görə, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17.931.316 manat pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib.

Həmçinin oxuyun: Çevik Polis Alayının “addelkadr”ı işə düzəltmək adıyla vətəndaşın pulunu mənimsəyib

O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat məbləğində pulu leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat zərər vurmaqda və dövlət büdcəsinin 192.387 manat pulundan təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.