Ələsgər Məmmədli vəsatətini geri götürdü

elesger-memmedli-vesatetini-geri-goturdu
Oxunma sayı: 2446

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin həbsinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət geri götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc Xətai Rayon Məhkəməsində keçirilən prosesdə məlumat verib.

Vəkil həm özü, həm də müvəkkilinin vəsatətdən imtina etdiyini elan edib.

Qeyd edək ki, Ə. Məmmədli “Toplum TV” işi üzrə həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.

Sail Ağasəlim