Əli Əsədov Qırğızıstan Prezidenti ilə görüşdü - Fotolar

eli-esedov-qirgizistan-prezidenti-ile-gorusdu
Oxunma sayı: 936

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Sadır Japarova çatdırıb.  

Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.