Elman Rüstəmovu o əvəzlədi

elman-rustemovu-o-evezledi
Oxunma sayı: 12796

Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti seçilib.

“Qafqazinfo” xəbər verir ki, Mahir Məmmədov federasiyanın yeni prezidenti olub.

O, bu postda Elman Rüstəmovu əvəzləyib.

Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.  

Qeyd edək ki, M.Məmmədov Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olub. O, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının da vitse-prezidentidir. 

Xatırladaq ki, Elman Rüstəmov 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edirdi. 

Elsevər Məmmədov