Elşad Quliyev qələbəni şərh etdi

elsad-quliyev-qelebeni-serh-etdi
Oxunma sayı: 1811

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan milli komandası Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsi çərçivəsində İngiltərə seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:

- Bütün xalqımızı təbrik edirəm. Çox gözəl oyun keçdi. Mərhələlər keçdikcə daha güclü rəqiblər gəlir. Komandam yaxşı mübarizə apardı. Qalib gəldik, sevinirik. Yarımfinal matçına hazırlaşacağıq.

- Belə davam etsək, dünya çempionu ola bilərik?

- Xeyirlisi, inşallah. Əsas oyunumuz sabahdır. Monteneqronu uda bilsək, çempionluq haqda danışmaq olar.

- Monteneqro millisinin oyununu izlədiniz?

- Tanıdığımız komandadır. Amma bütün komandalar dünya çempionatına fərqli hazırlaşır. Oyunlarını izləmişik. Mənim üçün yarımfinalın başqa təəssüratı var. Komandalar bu mərhələdə bütün güclərini qoyub finala çıxmaq istəyir.