Elvinin klubda döydüyü qız sevgilisidir?

elvinin-klubda-doyduyu-qiz-sevgilisidir
Oxunma sayı: 753

Gecə klubunda sevgilisini döydüyü deyilən boks üzrə dünya çempionu Elvin Məmişzadə hadisəyə münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən E.Məmişzadə yazılanları təkzib edib: “Belə məlumatları dəqiqləşdirib sonra yaymaq lazımdı. Camaat da mənə ağzına gələni yazır. Mən bir-bir onlara cavab verəsi deyiləm. Mən dünən gecə klubda yox, evdə olmuşam. Evdə-eşikdə olan adamam, nə klub, mən kluba getmirəm”. 

E.Məmişzadə döyülən qızın adından yayımlanan açıqlamanı da yalan adlandırıb: “Kiminsə uydurmasıdır, mənim xəbərim yoxdur, vurmamışam”.

Yenicag.az saytı isə qızın açıqlamasını yayıb: “Başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm. O, məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq. Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik”.