Emin Mahmudovun qolu ən yaxşı ola bilər

emin-mahmudovun-qolu-en-yaxsi-ola-biler
Oxunma sayı: 1838

AÇ-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu adına namizədlər müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, UEFA qrup oyunlarında vurulan qollar arasında 10-u fərqləndirib.

Maraqlıdır ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudov da seçmə mərhələnin ən yaxşı qolunun müəllifi olmağa iddialıdır. Millimizin İsveçi Bakıda 3:0 hesabı ilə məğlub etdiyi görüşdə yarımmüdafiəçinin meydanın mərkəzindən vurduğu top fərqlənənlər siyahısındadır.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində bəlli olacaq.