Ən çox sevişmə səhnəsi diqqət çəkdi...

en-cox-sevisme-sehnesi-diqqet-cekdi
Oxunma sayı: 42319

Ötən gün Azərbaycan istehsalı olan “Dalan” filminin premyerası baş tutub.  “Qafqazinfo” xəbər verir ki, qala gecəsi Nizami Kino Mərkəzində keçirilib. 

Gecədə kino, incəsənət, siyasət aləminin tanınmış simaları iştirak edib.  Ekran işinin rejissoru Elvin Rüstəmzadədir. “Dalan”da Ziya Ağa, Sevinc Əliyeva, Manaf Dadaşov, Rasim Cəfər kimi kino simaları rol alıb.  90 dəqiqəlik film dram janrındadır. Layihənin hekayəsi xəyanət üzərində qurulub və sosial, ailə-məişət problemləri qabardılıb. 

Filmdəki hadisələr bir-birinə tanış olan iki fərqli ailədə cərəyan edir. O ailələr ki, ər-arvad arasında problemlər mövcuddur. Bu fərdlər kənardan xoşbəxt görüsələr də, qadına qarşı göstərilən diqqətsizlik, yalan, xəyanət və bunların fonunda baş tutan gizli sevgi qəhrəmanları “Dalan”a gətirib çıxarır. 

Ekran işində aktrisa Sevinc Əliyeva və aktyor Ziya Ağanın bir neçə dəqiqəlik sevişmə səhnəsi isə böyük marağa səbəb olub. 

Bu məqamda bildirək ki, layihə bu gündən etibarən bütün kinoteatrlarda nümayişə çıxarılıb. 

Fotolar: Nuran Məmmədov